AZ

Bu avtomobillər BAHALAŞACAQ

İranın ABŞ və İsraillə davam edən hərbi münaqişəsi regionun iqtisadi atmosferini dəyişdirib. Hava və yerüstü marşrutların bağlanması və yaxud risk altında olması alternativ marşrutların önə çıxmasına səbəb olub. Yeni marşrutlarsa uzaq olduğu üçün logistika xərcləri də artır.

Nəzərə alaq ki, ölkəmizə avtomobil daşınmasında ən böyük marşurutlardan biri BƏƏ-nin Dubay şəhəri üzərindən keçir. İranın bu ölkəni, xüsusən də Dubayı hədəfə alması beynəlxalq daşımalarda ciddi problemlər yaradıb.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətin sədri Vüqar Oruc bildirib ki, İran-ABŞ-İsrail münaqişəsi Yaxın şərqdə geosiyasi gərginlik yaradıb:

“Bu gərginlik iqtisadiyyata da çox böyük təsir göstərir, o cümlədən də beynəlxalq daşımalara. Münaqişə səbəbindən bir sıra tranzit marşrutları ya bağlanıb, ya da yüksək risk altında fəaliyyət göstərir. Bu da daşıma xərclərinin artmasına səbəb olub.
 

Məlumdur ki, Azərbaycana avtomobil daşımaları üzrə əsas marşrutlardan biri Dubay üzərindən keçir. Təsadüfi deyil ki, artıq bu marşrut üzrə intensivlik əvvəlki kimi deyil. Marşrutlar son 12 gündə xeyli uzanıb. Nəticədə logistika xərcləri artıb.


Nəzərə alaq ki, Dubay üzərindən ölkəmizə Yaponiya və Koreya istehsalı olan avtomobillər gətirilir. Marşrutun uzanması həmin avtomobillərin daşınma xərclərini artırıb. İlkin hesablamalara görə, Yaponiya və Koreyadan gətirilən avtomobillər 5-10 min manat və yaxud 5-10 faiz bahalaşacaq”.

Bu hələ son deyil...

Müsahibimiz onu da qeyd edib ki, müharibənin uzanması fonunda qiymətlər daha da bahalaşa bilər:

“Belə vəziyyətdə alternativ marşrutlar dövriyyəyə girəcək. Həmin marşrutlarsa kifayət qədər baha olacaq. Üstəlik, yeni marşrutlar uzun olduğu üçün sifarişlərin icrası da uzanacaq. Bir sözlə Yaxın Şərqdəki gərginlik uzandıqca tranzit daşımalarının qiyməti sürətlə bahalaşacaq”.

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
30
1
bizim.media

2Mənbələr