AZ

“İran demək olar ki, dağılmaq üzrədir” - Tramp

Vaşinqton İrana qarşı hərbi əməliyyatları dərhal dayandırmaq niyyətində deyil.

Missiya.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

ABŞ liderinin sözlərinə görə, İranın hərbi imkanları ciddi şəkildə zəifləyib. O bildirib ki, ölkənin donanması, hava qüvvələri, hava hücumundan müdafiə sistemi və nəqliyyat imkanları demək olar ki, fəaliyyət göstərmir:

“İran demək olar ki, dağılmaq üzrədir. Bu o demək deyil ki, biz müharibəni dərhal dayandıracağıq. Amma onların nə donanması, nə hava qüvvələri, nə hava hücumundan müdafiə sistemi, nə də nəqliyyat imkanları var. Onların nəzarət sistemləri də yoxdur”, – deyə Tramp qeyd edib.

ABŞ Prezidenti həmçinin Hörmüz boğazı ərazisində gəmiçiliyin bərpasına çağırıb. Tramp bildirib ki, boğazdakı vəziyyət hazırda sabitdir:

“Boğazlar əla vəziyyətdədir. Biz onların bütün gəmilərini sıradan çıxarmışıq”, – deyə ABŞ Prezidenti əlavə edib.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
65
missiya.az

1Mənbələr