AZ

Hüquqşünas: BMT sənədlərinə görə İran haqlıdır

Reyting.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bəhreyn dünən BMT Təhlükəsizlik Şurasına İrana qarşı qətnamə lahiyəsi təqdim edib. Həmin qətnaməyə görə İranın Bəhreyn və digər ərəb ölkələrinə zərbələri qınanır. Bəs İranın Bəhreyn ərazisinə zərbə endirmə hüququ varmı?

Tanınmış hüquqşünas Fərhad Mehdiyev "Reytinq" qəzetinə deyib ki, bu sualın cavabı BMT Nizamnaməsinin 51-ci maddəsi və BMT Ümumi Assambleyasının 1974-cü ildə qəbul etdiyi 3314 saylı qətnaməsində verilir.

F. Mehdiyev qeyd edib ki, həmin sənədlərə görə, ABŞ və İsrailin hərəkətləri "aqressiya aktı" kimi qiymətləndirilir: “Habelə 3314 saylı qətnamənin 3 (f) bəndinə görə, ərazisində yerləşdirdiyi dövlətin üçüncü dövlətə endirdiyi zərbələr də, aqressiya aktıdır. Bilinir ki, Bəhreyn ərazisindən ABŞ İrana "Himars" sistemləri ilə zərbə endirir. Odur ki, İranın ABŞ bazalarına zərbə endirməsi BMT Nizamnaməsinə uyğundur, onlar Bəhreyndə yerləşdikləri və İranı vurduqlarına görə”.

Hüquqşünas əlavə edib ki, İran, ona düşmən sayılan ABŞ-ın bu müharibədə müttəfiqi sayılan və onu dəstəkləyən ölkələrlə də müharibə vəziyyətindədir, həmin dövlətlərin ərazisi İrana qarşı "belligerent state" mahiyyətindədir.

Nemət ORUCOV

Reyting.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
69
reyting.az

1Mənbələr