Ukrayna Rusiyada neft bazasına zərbə endirib.
Azpost.info bildirir ki, Krasnodar diyarının Tixoretsk rayonundakı neft anbarında yanğın baş verib.
Bu barədə Krasnodar diyarı administrasiyasının əməliyyat qrupu təsdiqləyib.
“İtki yoxdur. Yanğının ümumi sahəsi 150 kvadrat metrdir”, – əməliyyat qrupu bildirib.
Ukrayna müntəzəm olaraq Krasnodar diyarı da daxil olmaqla, neft emalı zavodlarına hücum edir. Kiyev onları Ukraynaya qarşı vuruşan Rusiya ordusunun təchizat bazaları sayır.