BAKI, 12 mart. TELEQRAF
Bu gün Bakıda, “Gülüstan”sarayında Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu işə başlayıb.
Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edir.