AZ

Geosiyasi gərginlik və qiymətli metallar bazarı: qızılın qiymətinə təsir edən amillər

Bakı. Trend:

Yaxın Şərqdəki davam edən gərginlik, qlobal maliyyə bazarlarındanarahatlıq yaratmış və investorları daha etibarlı hesab olunanaktivlərə yönəltmişdir. Bu şəraitdə qiymətli metallar, xüsusiləqızıl və gümüş ön plana çıxır. Bununla belə, bazarda baş verənprosesləri yalnız geosiyasi amillərlə izah etmək düzgün olmaz.Mövcud vəziyyət göstərir ki, qiymət dinamikasına eyni vaxtda birneçə amil təsir göstərir.

Bunu Trend-əaçıqlamasında "Azərbaycan Zərgərlər Assosiasiyası" İctimaiBirliyinin İdarə Heyəti sədrinin müavini, "Qiymətli metallar vəqiymətli daşlar" üzrə Texniki Komitənin sədri, iqtisadçı RövşənƏmircanov bildirib.

Onun sözlərinə görə, son günlər qlobal maliyyə və əmtəəbazarlarında müşahidə olunan əsas tendensiyalardan biri qızıl vəneft qiymətlərinin fərqli amillərin təsiri altında formalaşmasıdır:“Hər iki aktiv üzrə artım qeydə alınsa da, bu yüksəlişin arxasındadayanan səbəblər fərqlidir. Neft bazarında qiymət dinamikasınaəsasən təchizat riskləri və operativ xəbər axını təsir göstərir.Qızıl isə geosiyasi qeyri-müəyyənliyin gücləndiyi şəraitdəinvestorların daha etibarlı aktivlərə yönəlməsi nəticəsində dəstəkqazanır”.

Mütəxəssis vurğulayıb ki, qızıl qiymətlərində müşahidə olunanyüksəliş yalnız geosiyasi gərginliklə bağlı deyil: “Bu prosesədolların məzənnə dinamikası, faiz dərəcələri ilə bağlı gözləntilərvə enerji bazarında baş verən dəyişikliklər də ciddi təsirgöstərir. Enerji qiymətlərində geriləmə inflyasiya təzyiqlərininzəifləyə biləcəyi ilə bağlı gözləntiləri gücləndirir. Bu isə öznövbəsində mərkəzi bankların daha sərt monetar siyasət yürütməsiilə bağlı bazar gözləntilərinin müəyyən qədər yumşalmasına səbəbolur. Gəlir gətirməyən aktiv kimi qızıl üçün belə mühit adətənəlavə dəstək yaradır. Nəticə etibarilə, hazırkı şəraitdə bazariştirakçıları qızıla həm geosiyasi risklərdən qorunma aləti, həm dəmaliyyə şərtlərinin nisbətən yumşalması ehtimalı fonunda üstünlükverirlər”.

R. Əmircanov qeyd edib ki, bu kontekstdə Hörmüz boğazı xüsusistrateji əhəmiyyət daşıyır: “Sözügedən marşrut qlobal enerjitəchizatı sisteminin əsas dayaq nöqtələrindən biri hesab olunur.Həmin xətt üzrə yarana biləcək hər hansı ciddi fasilə və ya riskinartması enerji bazarlarında qiymət təzyiqlərini gücləndirə, bununlayanaşı əmtəə bazarlarında da əlavə gərginlik yarada bilər. Beləinkişaf qızılın qiymətinə əlavə dəstək verən amillərdən biri kimiçıxış edə bilər. Bu səbəbdən investorlar regionda baş verənprosesləri yalnız siyasi hadisə kimi deyil, həm də bazardinamikasına birbaşa təsir göstərən risk amili kimiqiymətləndirirlər”.

Mütəxəssisin sözlərinə görə, hazırkı mərhələdə qızıl bazarındaiki əsas istiqamət formalaşır: “Bir tərəfdə geosiyasi risklərdənqaynaqlanan qoruyucu tələbat dayanır. Digər tərəfdə isə enerjiqiymətlərindəki dəyişikliklər, inflyasiya gözləntiləri və faizsiyasəti yer alır. Bu amillər bəzən eyni istiqamətdə hərəkət edərəkqızılın qiymətini yüksəldir, bəzən isə bazarda qısamüddətlitərəddüd yaradır”.

Yaxın dövrdə ən real ssenari qızılın geniş diapazondadalğalanması kimi görünür. Əgər regionda gərginlik daha dadərinləşərsə, investorların etibarlı aktivlərə axını güclənə vəqızıl yeni yüksəliş mərhələsinə keçə bilər. Əksinə, diplomatikyumşalma siqnalları artsa və enerji bazarındakı təzyiq azalsa,qızılda qısamüddətli geri çəkilmə mümkündür.

R. Əmircanov vurğulayıb ki, Azərbaycan bazarı üçün də buproseslər birbaşa əhəmiyyət daşıyır: “Qlobal qızıl qiymətlərindəkiartım zərgərlik məmulatlarının istehsal xərclərinə və daxilibazarda qiymət formalaşmasına birbaşa təsir göstərir. Xammalalışından asılı olan bazar iştirakçıları üçün risklərin idarəolunması daha da aktuallaşır. Daxili bazar üçün əsas risk yalnızbahalaşma deyil, həm də qiymətlərin qısa müddətdə kəskin dəyişməsiehtimalıdır”.

O proqnozlara gəldikdə bildirib ki, yaxın dövrdə qızıl üçün əsasssenari müsbət fonun qorunması, lakin bu fonun yüksək dəyişkənlikləmüşayiət olunmasıdır: “Geosiyasi risklər davam etdikcə qızılqoruyucu aktiv kimi aktuallığını saxlaya bilər. Bununla yanaşı,bazarda hər hansı yumşalma siqnalı qısamüddətli korreksiyalara dasəbəb ola bilər.

Gümüşə gəldikdə isə, burada vəziyyət bir qədər fərqlidir. Gümüşçox vaxt qızılla eyni istiqamətdə hərəkət etsə də, bu bazar dahahəssas hesab olunur. Bir tərəfdən, qiymətli metallara marağınartması gümüşə də dəstək verir. Digər tərəfdən isə onun sənayemetalı kimi rolu iqtisadi aktivliklə bağlı siqnallara daha kəskinreaksiya verməsinə səbəb olur. Bu baxımdan, gümüş həm qızıllaparalel olaraq daha sürətli bahalaşa, həm də mənfi xəbər fonundadaha sərt geri çəkilə bilər”.

“Hazırda bazar üçün əsas məsələ qızılın bahalaşmasının davamedib-etməyəcəyi deyil. Əsas sual növbəti xəbər axınının qiymətlərdəyeni sıçrayış yaradıb-yaratmayacağı və ya bazarın qısamüddətlisabitləşmə mərhələsinə keçib-keçməyəcəyidir. Qızılın əsas üstünlüyüonun böhran dövrlərində daha etibarlı seçim kimi qəbul olunmasıdır.Gümüş isə daha çevik, daha həssas və daha dəyişkən aktiv olaraqqalır. Buna görə də yaxın dövrdə hər iki metala maraq yüksək olaraqqalsa da, həlledici amil yenə də bazara daxil olan xəbərlərinsürəti və xarakteri olacaq”, - R. Əmircanov fikriniyekunlaşdırıb.

Qeyd edək ki, London əmtəə bazarında hazırda qızılın birunsiyası 5 140 –5 160 ABŞ dolları intervalında ticarət olunur.Gümüşün bir unsiyasının qiyməti isə 89 ABŞ dollarısəviyyəsindədir.

Beynəlxalq bazarlarda qızılın qiymətinin artması daxili bazardada öz təsirini göstərir. Hazırda pərakəndə satış seqmentində bütünəyar kateqoriyaları üzrə qızıl məmulatlarının qiymətlərində əvvəlkidövrlə müqayisədə yüksəliş müşahidə olunur.

Mövcud qiymətlərə əsasən, 585 əyarlı qızıl məmulatlarının satışqiyməti 200–240 manat, 750 əyarlı qızıl məmulatlarının satışqiyməti 260–300 manat, 999,9 əyarlı qızıl məmulatlarının satışqiyməti isə 300–340 manat arasında dəyişir.

Məqalədə:
Seçilən
46
az.trend.az

1Mənbələr