AZ

Prezident: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi aparıcı beynəlxalq institutlardan biridir

Bu gün Nizami Gəncəvi Beynəlxalq Mərkəzi geniş spektrli məsələlərlə məşğul olan və yüksək beynəlxalq nüfuza malik aparıcı beynəlxalq institutlardan biridir.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimində bildirib.

“Çıxışıma Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə və onun həmsədrlərinə təşəkkür etməklə başlamaq istərdim. Xanım Vayra Vike-Freiberqa, cənab İsmayıl Serageldin, İdarə Heyətinin üzvləri və Mərkəzin bütün komandası illər ərzində göstərdikləri möhtəşəm fəaliyyətə görə böyük təşəkkürə layiqdirlər. Bu gün Nizami Gəncəvi Beynəlxalq Mərkəzi geniş spektrli məsələlərlə məşğul olan və yüksək beynəlxalq nüfuza malik aparıcı beynəlxalq institutlardan biridir. Mən Mərkəzin fəaliyyətini il boyu diqqətlə izləyirəm – bir Qlobal Forumdan digər Qlobal Foruma qədər. Görürəm ki, fəaliyyətin miqyası getdikcə genişlənir, qarşılıqlı əlaqə çox fəaldır və dəyişən beynəlxalq vəziyyətə uyğun yeni yanaşmaların formalaşdırılmasına verilən töhfə həqiqətən də böyük qiymətə layiqdir”, - Dövlət başçısı qeyd edib.

Seçilən
18
2
apa.az

4Mənbələr