AZ

XIII Qlobal Bakı Forumu başladı

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə XIII Qlobal Bakı Forumu öz işinə başlayıb.

Publika.az xəbər verir ki, martın 14-dək davam edəcək Forum bu il “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunub.

Tədbir qlobal təhlükəsizlik, beynəlxalq əməkdaşlıq və geosiyasi çağırışların müzakirəsi üçün dünyanın müxtəlif ölkələrindən sabiq dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatların rəhbərlərini və nüfuzlu ekspertləri Bakıda bir araya gətirib.

Seçilən
5
publika.az

1Mənbələr