AZ

Türkiyənin ordu generalının Naxçıvana gözlənilməz səfəri - FOTOLAR

Türkiyənin Quru Qoşunlarının rəhbəri, ordu generalı Metin Tokel gözlənilmədən Naxçıvana səfər edib. 

"Cebheinfo.az" xəbər verir ki, o, səfər çərçivəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun komandanı Kənan Seyidovla görüşüb.

Azərbaycan Müdafiə Nazirliyinin saytında yer alan məlumata görə, Metin Tokel bölgədə sabitliyin gücləndirilməsi və təhlükəsizliyin tam təmin edilməsi məqsədilə Türkiyənin Azərbaycanın yanında olduğu və Şuşa Bəyannaməsinə uyğun hərbi yardım göstərməyə hazır olduğunu bildirib. 

Türkiyə 1921-ci il Qars müqaviləsinə əsasən Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin zəmanətçisi sayılır. 

"Cebheinfo.az"

Seçilən
2
cebheinfo.az

1Mənbələr