AZ

Zelenski Putinlə şəxsi münasibətlərdən danışdı

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə şəxsi münasibətlərinin sülh prosesinə təsirini izah edib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “Politico” nəşrinə verdiyi müsahibədə danışıb.

“Heç kim demir ki, biz dost olmalıyıq. Putin Ukraynanı işğal etməyə çalışdı. Biz cavab verdik və o, çoxlu əsgər itirdi. Bu münasibət tamamilə başa düşüləndir. Amma bizə sülh lazımdır. Sülh emosiyalarla bağlı deyil. Nifrət isə emosiyalarla bağlıdır”, – deyə Ukrayna lideri bildirib.

Zelenski sülh müqaviləsinin iki lider arasındakı şəxsi münasibətlərlə heç bir şəkildə əlaqəli olmadığını vurğulayıb.

O bildirib ki, bu, insanlara yaşamaq və münaqişəyə son qoymaq imkanı verəcək konkret sənəddir.

Əliyar Xəlil

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
68
globalinfo.az

1Mənbələr