BAKI, 12 mart. TELEQRAF
Ötən illərlə müqayisədə Azərbaycanda talassemiya ilə bağlı profilaktik tədbirlər gücləndirilib.
Bunu Teleqraf-a müsahibəsində Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Müalicə işləri üzrə müavini Səhər İsmayılova deyib.
O bildirib ki, nikahöncəsi skrininq və prenatal diaqnostika tətbiqi sayəsində yeni doğulan talassemiyalı uşaqların sayı azalmağa başlayıb.
Qeyd edək ki, Teleqraf müsahibənin tam mətnini bu gün oxucularla bölüşəcək.