AZ

ABŞ qərar verdi - Neftin qiymətinə görə bu addımı atırlar

ABŞ Prezidenti Donald Trump administrasiyası İranla müharibə fonunda neft qiymətlərinin kəskin bahalaşması səbəbindən ölkənin strateji ehtiyatlarından 172 milyon barel neftin bazara buraxılmasına qərar verib.

“Yeni Sabah” “CBS”a istinadən bildirir ki, bunu ABŞ-nin energetika naziri Kristofer Rayt deyib.

O söyləyib ki, neftin bazara çıxarılması gələn həftədən başlayacaq və təxminən 120 gün davam edəcək.

Məlumata görə, bu addım Beynəlxaslq Enerji Agentliyinin koordinasiya etdiyi daha geniş planın bir hissəsidir. Agentliyə üzv olan və əsasən ABŞ-nin müttəfiqləri olan 32 ölkə fövqəladə ehtiyatlarından ümumilikdə 400 milyon barel nefti bazara buraxacaqlarını açıqlayıblar.

Nazir qeyd edib ki, ABŞ hökuməti strateji ehtiyatları gələn il ərzində 200 milyon barel neftlə yenidən doldurmağı planlaşdırır. Prezident Donald Tramp da jurnalistlərə açıqlamasında ehtiyatların istifadə edildikdən sonra yenidən bərpa ediləcəyini bildirib.


Telegram kanalımız
Seçilən
59
yenisabah.az

1Mənbələr