AZ

İranın yeni qisas siyahısı! Google, Microsoft və Nvidia ofisləri artıq hədəfdir

İran İnqilab Keşikçiləri Korpusuna bağlı “Tasnim” xəbər agentliyi hərbi məqsədlərlə istifadə edildiyi iddia edilən, İsraillə əlaqəli bəzi ABŞ texnologiya şirkətlərinə aid ofislər və infrastrukturları əhatə edən siyahı yayımlayıb. Siyahıda göstərilən obyektlərin “İranın yeni hədəfləri” olduğu bildirilib.

“Tasnim”in yayımladığı siyahıda ABŞ mənşəli texnologiya nəhəngləri — “Google”, “Microsoft”, “Palantir”, “IBM”, “Nvidia” və “Oracle” yer alıb. Bildirilir ki, bu şirkətlərin bulud xidmətləri üçün istifadə olunan bəzi ofisləri və infrastruktur nöqtələri İsrailin müxtəlif şəhərlərində, eləcə də bəzi Körfəz ölkələrində yerləşir.

“Qanuni hədəflərin dairəsi genişlənir”

Agentlikdə yayımlanan açıqlamada regionda davam edən münaqişənin xarakterinin dəyişdiyi və müharibənin getdikcə genişləndiyi vurğulanıb.

Açıqlamada deyilir:

“Regional müharibə infrastruktur müharibəsinə doğru genişləndikcə, İranın qanuni hədəflərinin dairəsi də genişlənir.”

“Al Jazeera”nın məlumatına görə, “Tasnim” hərbi tətbiqlərdə istifadə edildiyi iddia olunan texnologiyalara görə İsraillə əlaqəli ABŞ şirkətlərinin idarə etdiyi ofis və infrastrukturların hədəf kimi göstərildiyini bildirib.

Banklar da hədəf ola bilər

İran həmçinin Tehranda yerləşən bir banka qarşı hücumdan sonra regiondakı ABŞ və İsraillə əlaqəli “iqtisadi mərkəzləri və bankları” da hədəf ala biləcəyini açıqlayıb.

İran İnqilab Keşikçilərinə bağlı “Hatəm əl-Ənbiya” qərargahının sözçüsü bildirib:

Seçilən
51
aznews.az

1Mənbələr