AZ

Yaxın Şərqdəki müharibədən qazanan Rusiya: “Kreml səssizcə pullarını sayır”

Ayna portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İqor Petrenko: “Rusiya İranda müharibəni başlatmadı, amma bundan qazanc əldə etmək üçün əlindən gələni edir”

“Dünya Tehranın yanan neft terminallarını və on milyonluq şəhərin üzərinə yağan bombaları izləyərkən, Kreml səssizcə pullarını sayır. Sayılacaq çox şey var. Rusiyanın 2026-cı il büdcəsi “Urals” neftinin bir barel üçün 59 dollar qiymətinə əsaslanır. Fevral ayında “Urals” nefti 41-45 dollar arasında satılırdı, bu da Kremlin büdcəsində artıq boşluq yaratdığını göstərirdi. İlin ilk iki ayında neft və qaz gəlirləri ötən illə müqayisədə 47% azalıb və kəsir 3,2 trilyon rubla yaxınlaşıb. Bu, iki ayda demək olar ki, bütün illik kəsirə bərabərdir. Fevral ayında Rusiya Mərkəzi Bankı “Urals” neftinin qiymət proqnozunu 45 dollara endirdi. Sonra neft cekpotu gəldi: ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatı  dünya neftinin 20%-nin keçdiyi Hörmüz boğazını faktiki olaraq iflic vəziyyətinə salıb. “Brent” (pik həddə) bareli 73 dollardan 119 dollara yüksəlib. “Urals” nefti isə 70 dollardan yuxarı qalxıb. Martın 10-da Brent nefti Trampın əməliyyatın mümkün tezliklə başa çatması ilə bağlı işarələri və G7-nin strateji ehtiyatları açmaq istəyi ilə kəskin şəkildə aşağı düşmədən sonra 81-93 dollar aralığında satılıb. Bir sözlə, neft bazarı qarışıqlıq içindədir”. Bu sözləri ukraynalı politoloq, Beynəlxalq Qabaqcıl Araşdırmalar Mərkəzinin eksperti İqor Petrenko yazdığı analitik məqaləsində qeyd edib.

Ekspertin qənaətincə, Rusiya lideri Vladimir Putin artıq fürsət yaxalayıb: “Kremldə keçirilən görüşdə Putin potensial alıcılara birbaşa müraciət edərək, onlara Rusiya enerji şirkətlərinin "sabitliyini" xatırlatdı. O Fars körfəzində raketlər və dronların uçduğunu və tək bir tanker keçidi üçün sığortanın 4 milyon dollara başa gəldiyini iddia etdi. Amma ən maraqlısı detallardadır. ABŞ Maliyyə Nazirliyi Hindistanın dənizdə ilişib qalmış tankerlərdən Rusiya nefti almasına 30 günlük - 4 aprelə qədər icazə verdi. Maliyyə naziri Bessent bunu "Rusiyaya əhəmiyyətli fayda gətirməyəcək qısamüddətli tədbir" adlandırdı. Lakin faktlar belədir: Hindistan neft emalı zavodları artıq təxminən 20 milyon barel Rusiya nefti üçün müqavilə bağlayıb. Əvvəllər “Urals” nefti Hindistana “Brent” neftinə qarşı 13 dollar endirimlə satılırdısa, indi “Brent” neftinə qarşı 4-5 dollar əlavə dəyərdədir. Sadə dillə desək, Rusiya nəinki Hindistan bazarına qayıtdı, həm də əvvəlkindən daha yüksək qiymətə neft satır”.

“Üstəlik, ABŞ artıq əlavə həcmdə Rusiya neftinə qarşı sanksiyaların qaldırılması ehtimalına işarə edir. Bu, Konqresdəki demokratları çox qəzəbləndirib. Axı "Washington Post" qəzetinin yazdığına görə, Rusiya Amerika gəmilərinin və bazalarının yerləşdiyi yerlər barədə İranla kəşfiyyat məlumatları paylaşır. Bu o deməkdir ki, Moskva eyni zamanda, Tehrana amerikalılara hücum etməyə kömək edir və ABŞ-ın sanksiyaların yumşaldılmasından qazanc əldə edir”, - deyə analitik qeyd edib.

Petrenkonun fikrincə proseslərlə bağlı üç mümkün ssenari var: “Birincisi yumşaq ssenaridir: Tramp hərbi məqsədlərinə çatdığını, boğazın açıldığını və qiymətlərin bir barel üçün 70-80 dollara qayıtdığını elan edir. Rusiya qısamüddətli gəlir artımı əldə edir, lakin sistemli dəyişiklik olmur. Orta ssenari: münaqişə Trampın özünün proqnozlaşdırdığı kimi, 3-4 həftə davam edir, Hörmüz boğazı bağlı qalır və ərəb neft infrastrukturuna zərbələr davam edir. Qiymətlər bir barel üçün 100-150 dollar səviyyəsində qalır. Rusiya büdcə gəlirlərində əlavə 1,5-2 trilyon rubl alır ki, bu da sanksiyaların yaratdığı boşluğu qismən örtür. Sərt ssenari: Hörmüz boğazının tam blokadası, qiymətlərin bir barel üçün 200 dollar və ya daha çox olması və qlobal tənəzzül. Bu ssenari hələ reallaşmasa da, bazarlar bazar ertəsindən bazar ertəsinə keçən gecə -  “Brent” 120 dollara qədər yüksələndə proqnozlaşdırıldı. Təəssüf ki, artan neft qiymətlərində hər dolları Rusiya hərbi maşınının artıq qan tökülməsidir. Çünki neft və qaz gəlirləri hələ də Rusiya federal büdcəsinin təxminən 30 faizini təşkil edir”.

“Rusiya İranda müharibəni başlatmadı, amma bundan qazanc əldə etmək üçün əlindən gələni edir. Tramp İranla müharibə apararkən, Putin nefti daha baha qiymətə satır, "30 gün" müddətinə sanksiyalardan güzəşt qazanır, münaqişəni uzatmaq üçün Tehrana kəşfiyyat məlumatları ötürür və eyni zamanda, dünyanın hava hücumundan müdafiə raket ehtiyatlarının gözümüzün qabağında azalmasından istifadə edərək Ukraynaya qarşı atəşi artırır”, - deyə vurğulayıb.

“Beləliklə, "Kreml İrandakı müharibədən qazanc əldə edəcəkmi?" sualına birmənalı cavab vermək olar: "Onsuz da qazanır". Yeganə sual onun nə qədər və nə qədər müddətə qazanc əldə edəcəyidir. Qərbin bir avtoritar rejimə qarşı müharibənin digəri üçün maliyyə xilasetmə xəttinə çevrilməsinin qarşısını almaq üçün sağlam düşüncəsi olacaqmı? Sual əlbəttə, açıqdır”, - Pertenko fikrini tamamlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
57
ayna.az

1Mənbələr