AZ

ABŞ ehtiyat neftini SATACAQ

ABŞ strateji neft ehtiyatlarından 172 milyon bareli bazara çıxarmağı planlaşdırır.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-nin energetika naziri Kris Rayt məlumat verib. Onun sözlərinə görə, qərar müharibə fonunda artan neft qiymətlərini sabitləşdirmək məqsədi daşıyır.

Nazir bildirib ki, bu addım Beynəlxalq Enerji Agentliyinin 32 ölkənin iştirakı ilə razılaşdırdığı ümumilikdə 400 milyon barel neftin bazara buraxılması planının bir hissəsidir.

Qeyd olunub ki, neftin buraxılması gələn həftə başlayacaq və təxminən 120 gün davam edəcək.

Seçilən
49
1
cebheinfo.az

2Mənbələr