AZ

Neytral, yoxsa yaxşılığa kor İsveçrə?

İran ətrafında yaranmış müharibə şəraitinin ilk günlərindən Azərbaycan öz ərazisi vasitəsilə bir çox ölkələrin vətəndaşlarının İrandan təxliyəsini təşkil edib. Ümumilikdə Azərbaycan ərazisindən 69 ölkədən 2000-dən çox insan təhlükəsiz şəkildə çıxarılıb. Həmin ölkələrin bir çoxunun hökumətləri Azərbaycana rəsmi təşəkkürlərini bildiriblər.

Təxliyə olunanlar arasında İsveçrə vətəndaşları da olub. Bakı isə İsveçrə rəhbərliyinin Azərbaycana qarşı fəaliyyət göstərən bəzi şəxsləri himayə etdiyini yaxşı bilir. Amma müharibə zonasından insanların çıxarılması humanitar məsələdir və Azərbaycan bu məsələdə maksimum xoş məramının göstərir. Lakin maraqlıdır ki, İsveçrə rəhbərliyi öz vətəndaşlarının müharibə zonasından çıxarılmasına görə Azərbaycana təşəkkür etməyi belə lazım bilməyib.


Picture

Musavat.com xəbər verir ki, bu barədə minval.az saytı yazır.

“Digər dövlətlər bu təşəkkürü etdi, lakin Bern susdu. Bu isə istər-istəməz suallar doğurur. Digər diqqət çəkən məqam isə martın 5-də baş verən hadisədir. Həmin gün İran ərazisindən Azərbaycana, daha dəqiq desək, Naxçıvana pilotsuz uçuş aparatları ilə hücum edildi. Dronlar mülki infrastrukturu – o cümlədən hava limanını hədəfə aldı, onlardan biri isə məktəb yaxınlığında yerə düşdü. Yəni söhbət açıq şəkildə mülki obyektlərə hücumdan gedir. Dünyanın onlarla ölkəsi bu hücumu qətiyyətlə pislədi və Azərbaycana dəstəyini ifadə etdi. Hətta münasibətləri bəzən gərgin olan Fransa prezidenti belə Bakıya zəng edərək hadisəni qınadı. Ermənistan belə bu hücumu pisləyən açıqlama verdi. Bəs neytral İsveçrə nə etdi? Bern bu hadisə ilə bağlı nə hücumu pislədi, nə də Azərbaycana dəstək ifadə etdi. Bu isə “neytrallıq” anlayışının harada bitdiyi və siyasi laqeydliyin harada başladığı barədə ciddi suallar yaradır” deyə, saytın şərhində bildirilir.

O da qeyd olunur ki, bu cür yanaşma İsveçrədə Azərbaycana qarşı fəaliyyət göstərən dairələri daha da fəallaşdırır və onların ölkəmizə qarşı qarayaxma kampaniyalarını gücləndirir: “Belə bir fonda İsveçrənin tez-tez vurğuladığı “Avropa sivilizasiya dəyərləri” anlayışı daha çox selektiv yanaşma təsiri bağışlayır. Tarix də göstərir ki, İsveçrə neytrallığı həmişə ideal model olmayıb. İkinci Dünya müharibəsindən sonra məlum olmuşdu ki, nasist rəhbərlərinin vəsaitləri İsveçrə banklarında saxlanılıb, müharibədən qaçan bəzi yəhudilərə isə ölkənin qapıları bağlanıb. Bu faktlar göstərir ki, bəzən “neytrallıq” arxasında daha mürəkkəb siyasi və iqtisadi maraqlar gizlənir.

Bu gün isə həmin “neytrallığın” başqa bir tərəfi Azərbaycana münasibətdə görünür. Humanitar məsələlərdə yardım edən, mülki hədəflərə hücuma məruz qalan bir ölkəyə qarşı belə susqun münasibət istər-istəməz sual doğurur: Avropa dəyərləri haqqında danışmaq asandır, amma onları real siyasətdə tətbiq etmək hər kəs üçün eyni dərəcədə vacibdirmi?”.

dovlet-su-techizati-ile-bagli-chox-aydin-yol-xeritesine-malikdir-behruz-meherremov

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Musavat.com-a açıqlamasında maraqlı məqamlara toxundu:

“Azərbaycan Respublikası bütün dünya xalqları ilə sülh və əmin-amanlıq şəraitində yaşamaq, o cümlədən ümumbəşəri dəyərləri və beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan prinsipləri rəhbər tutaraq başqa dövlətlərlə münasibətlərini bərabərhüquqlu əsasda qurmağı özünün çoxvektorlu xarici siyasətinin prioritetlərindən biri hesab edir. O cümlədən də ölkəmiz İsveçrə ilə ənənəvi neytrallıq və iqtisadi tərəfdaşlıq üzərində qurulan münasibətlərini həmişə yüksələn xətt üzrə inkişafda görməyi arzulayır. Lakin son illərdə beynəlxalq siyasi konyunkturanın dəyişməsi ilə Bakı və Bern arasında bəzi məsələlərdə yanaşma fərqlərinin və hətta müəyyən dövrlərdə "soyuqluqların" müşahidə olunması nəzərə çarpmaqdadır. Məsələn, Azərbaycanın COP29-a ev sahibliyi ərəfəsində İsveçrə mediası və bəzi siyasi dairələrində Azərbaycanın qazıntı yanacağı ölkəsi olmasında ittiham edilməsi, habelə insan hüquqları ilə bağlı tənqidi məqalə və hesabatların dərc olunması ölkələrimiz arasında münasibətlərə, təbii ki, təsirsiz ötüşməyib.

O cümlədən uzun bir dövr ərzində Azərbaycan və Ermənistan arasında münasibətlərin nizamlanması istiqamətində İsveçrənin neytral vasitəçi platforması rolunu üzərinə rolunu üzərinə götürməyə çalışması fonunda həm də bir zamanlar anti-Azərbaycan mövqe tutmuş Fransanın təsir aləti kimi çıxış etməsi, rəsmi Parisin təşviqi ilə İsveçrədə bəzi siyasi qrupların anti-Azərbaycan dalğasının elementinə çevrilməsi, bu prosesdə İsveçrənin frankofon kantonlarının "aktivliyi", habelə İsveçrə parlamentinin bəzi üzvlərinin Qarabağın erməni əhalisinin hüquqları və ya "blokada" iddiaları ilə bağlı verdiyi bəyanatlar haqlı olaraq Bakıda qıcıq yaratmış, bu çərçivədə İsveçrənin bir sıra beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanla bağlı tənqidi qətnamə və qərarlara dəstək verməsi, bəyanatlarla çıxış etməsi müəyyən diplomatik gərginliklərə gətirib çıxarmışdı. Məhz ötən dövrün bu uğursuz təcrübəsi Azərbaycan mediası və vətəndaş cəmiyyəti institutlarında, habelə ictimai rəyində İsveçrəyə qarşı haqlı şübhə toxumları əkib. Məhz bu reallıq İsveçrənin Azərbaycandakı səfirliyinin sosial şəbəkə hesabları vasitəsilə Azərbaycan hökumətinə İrandakı İsveçrə vətəndaşlarının təxliyəsinə operativ və qiymətli yardıma görə təşəkkür etməsi, habelə İsveçrənin İrandakı səfiri Olivier Bangerterin sərhədi keçdikdən sonra verdiyi müsahibəsində Azərbaycanın İrandakı səfirliyinin onlara böyük dəstək göstərdiyini və koordinasiyada yaxından iştirak etdiyini xüsusi vurğulaması kimi amillər nisbətən kölgədə qalmalı olur”.

Cavanşir ABBASLI,
Musavat.com

Seçilən
56
musavat.com

1Mənbələr