Masallı Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri tərəfindən fermerlər arasında maarifləndirmə işləri davam etdirilir.
İnzibati ərazi dairələri üzrə nümayəndəliklər tərəfindən ərazidə fəaliyyət göstərən fermerlərlə mütəmadi görüşlər keçirilir və onların aqrar sahədə dövlət xidmətlərindən düzgün və vaxtında yararlanması üçün maarifləndirmə tədbirləri aparılır.
Keçirilən görüşlər zamanı fermerlərə əkin bəyanlarının təqdim edilməsinin əhəmiyyəti barədə ətraflı məlumat verilir. Bildirilir ki, əkin bəyanlarının düzgün və vaxtında edilməsi dövlət dəstək mexanizmlərindən, subsidiyalardan və digər aqrar xidmətlərdən faydalanmaq baxımından mühüm əhəmiyyət daşıyır.
Nümayəndəliklər tərəfindən fermerlərə əkin bəyanlarını Masallı DAİM və Masallı regional ASAN Xidmət Mərkəzində həyata keçirə biləcəkləri izah olunur, həmçinin prosesin qaydaları və tələb olunan sənədlər barədə ətraflı məlumat təqdim olunur.
Maarifləndirmə tədbirlərinin əsas məqsədi fermerlərin məlumatlılığını artırmaq, əkin bəyanlarının vaxtında və düzgün şəkildə təqdim olunmasını təmin etmək, həmçinin kənd təsərrüfatı sahəsində dövlət tərəfindən göstərilən xidmət və dəstək mexanizmlərindən daha səmərəli istifadə edilməsinə şərait yaratmaqdır. Bu istiqamətdə inzibati ərazi dairələri üzrə nümayəndəliklər tərəfindən maarifləndirmə işlərinin davam etdirilməsi nəzərdə tutulur.