AZ

"myGov" platforma istifadəçilərinin sayı açıqlanıb

Bakı. Trend:

Hazırda “myGov” platforması vasitəsilə yüzlərlə rəqəmsal xidməttəqdim olunur. Platforma qısa müddət ərzində böyük istifadəçiauditoriyası qazanıb və cəmi bir il ərzində 1,3 milyon yeniistifadəçi platformaya qoşulub. Bu ilin yanvar ayına olan məlumatagörə, isə ümumi istifadəçi sayı 2,5 milyona çatıb.

Trend xəbərverir ki, bunu Azərbaycan Respublikasının rəqəmsal inkişaf vənəqliyyat nazirinin müavini Samir Məmmədov bu gün Bakıda Ümumdünyaİstehlakçı Hüquqlarının Müdafiəsi Günü münasibətilə “Müasirrəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsalxidmətlər və təhlükəsizlik məsələləri” mövzusunda keçirilən forumdabildirib.

Onun sözlərinə görə, dövlət xidmətləri artıq “bir sənəd - birqurum” prinsipi ilə deyil, vətəndaşın həyat hadisələri əsasındaqurulur:

“Məsələn, vətəndaşın övladı doğulduqda klinika məlumatlarısistemə daxil edir və həmin məlumat avtomatik olaraq ƏdliyyəNazirliyinə ötürülür. Vətəndaş övladına adı elektron qaydada verir,müavinət isə Dövlət Sosial Müdafiə Fondu tərəfindən vətəndaşınseçdiyi karta köçürülür. Növbəti mərhələdə şəxsiyyət vəsiqəsininalınması prosesi də avtomatik əsasda həyata keçirilir. Beləliklə,vətəndaş heç bir quruma getmədən və sənəd toplamadan bütün prosesielektron qaydada həll edə bilir”.

"Fəaliyyət planında “yalnız bir dəfə” prinsipi də nəzərdətutulur ki, bu zaman vətəndaş tələb olunan məlumatı dövlətsisteminə bir dəfə təqdim etdikdən sonra digər dövlət qurumlarıhəmin məlumatı bir-birindən əldə edir və vətəndaşdan əlavə sənədtələb olunmur. Bu, dövlət xidmətlərinin daha sadə və əlçatanolmasına, eyni zamanda istehlakçıların dövlətə münasibətinin dahada müsbət istiqamətdə dəyişməsinə xidmət edir", - o əlavə edib.

Məqalədə:
Seçilən
70
az.trend.az

1Mənbələr