AZ

Rusiya və ABŞ perspektivli layihələri müzakirə edib

Rusiya və ABŞ ikitərəfli münasibətləri bərpa edə biləcək perspektivli layihələri müzakirə etmək üçün görüş keçiriblər. Bu barədə 12 martda Rusiya Federasiyası prezidentinin xüsusi nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev bildirib.

Məlumatı “İzvestiya.ru” verib. 

Onun sözlərinə görə, müzakirə iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə işçi qrupu rəhbərlərinin ABŞ-da keçirilən görüşü zamanı baş tutub.

Dmitriyev özünün MAX messencer kanalında yazıb: “Biz həm Rusiya-Amerika münasibətlərinin bərpasına töhfə verə biləcək perspektivli layihələri, həm də qlobal enerji bazarlarındakı mövcud böhranı müzakirə etdik”.

P.ƏMİRCANOV
XQ

 

Seçilən
1
1
xalqqazeti.az

2Mənbələr