AZ

Məşhur aktyor Mikki Rurk evsiz qaldı

“Günahlar şəhəri” filmi ilə məşhurlaşan Mikki Rurk kirayə qaldığı evdən çıxarılıb.

Ne
ws365.az xəbər verir ki, Los Anceles məhkəməsi aktyorun evdən çıxarılması ilə bağlı qərar qəbul edib. Mikki Rurk keçən ilin aprel ayında imzaladığı kirayə müqaviləsinin şərtlərinə əməl etməyib.

Beləki, aktyor əvvəl aylığı 5200 dollar olan daha  sonra 7000 dollara qalxan evin kirayəsini ödəməyi dayandırıb. Nəticədə ev sahibinə 59100 dollar borcu yaranıb. Mikki Rurk  kirayə pulunu ödəməməyinin səbəbi kimi evin şəraitsiz olduğunu, ev yiyəsinin təmir işləri ilə bağlı ğhdəliklərini yerinə yetirmədiyini əsas gətirsə də, məhkəmə bunları tutarlı səbəb kimi qəbul etməyib.

Əlavə olaraq qeyd edək ki, tanınmış sənətçinin fanatlarından biri onun borcunu bağlaması və evsiz qalmaması üçün aktyora 100 min dollar bağışlasa da Mikki Rurk pulu götürməyib.

Seçilən
15
news365.az

1Mənbələr