AZ

Kiber-dələduzluq fəaliyyəti ilə məşğul olan cinayətkar qruplar transmilli xarakter daşıyır - Emil Mehdiyev

Bakı. Trend:

Kiber-dələduzluq fəaliyyəti ilə məşğul olan cinayətkar qruplaradətən transmilli xarakter daşıyır və bu xüsusat istintaqhərəkətlərinin və əməliyyat-axtarış tədbirlərinin həyatakeçirilməsini daha da mürəkkəbləşdirir.

Trend xəbərverir ki, bunu Azərbaycan Respublikası Daxili İşlər NazirliyininKibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi Emil Mehdiyev bugün Bakıda Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günümünasibətilə “Müasir rəqəmsal dünyada istehlakçılar: elektronticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri” mövzusundakeçirilən forumda bildirib.

Onun sözlərinə görə, belə qrupların üzvləri arasında birbaşafiziki əlaqə əksər hallarda mövcud olmur və onlar bir-birini şəxsəntanımırlar və əlaqələr əsasən sosial şəbəkələr, müxtəlif messencertətbiqləri və digər elektron kommunikasiya vasitələri üzərindənqurulur:

“Nəticə etibarı ilə bu hallar cinayətkarların müəyyən edilibməsuliyyətə cəlb olunmasını əhəmiyyətli dərəcədə çətinləşdirir.

Bununla belə kiber-cinayətkarlıqla mübarizədə həyata keçirilənəməliyyat-texniki tədbirlər və beynəlxalq əməkdaşlıq mexanizmlərimüəyyən müsbət nəticələr verməkdədir. Transmilli xarakter daşıyanbu cinayətlərin araşdırılması zamanı beynəlxalq hüquqi yardımmexanizmlərindən geniş istifadə olunur. Lakin vurğulamaq istərdimki, kiber-cinayətkarlıqla mübarizə yalnız hüquq-mühafizəorqanlarının fəaliyyəti ilə kifayət deyil. Bu sahədə effektivnəticənin əldə olunması üçün bütün maraqlı tərəflərin: dövlətqurumları, banklar, maliyyə institutları, mobil rabitə operatorlarıvə internet provayderlərin birgə fəaliyyəti xüsusi əhəmiyyət kəsbedir”.

Məqalədə:
Seçilən
71
az.trend.az

1Mənbələr