Bakı, 12 mart, AZƏRTAC
ABŞ yaxın zamanlarda bütün diqqətini Yaxın Şərqdəki münaqişəyə yönəldəcək ki, bu da Ukraynanın daha az sursat alması ilə nəticələnəcək.
AZƏRTAC xəbər verir ki, “Politico” nəşri bu barədə mənbələrinə istinadla məlumat yayıb. Qəzetin həmsöhbətlərindən birinin sözlərinə görə, Yaxın Şərqdəki münaqişə bəzi silah sistemlərinin qiymətlərinin ikiqat bahalaşmasına səbəb olub.
Bir müddət öncə “Bloomberg” agentliyi Yaxın Şərq münaqişəsində ABŞ-nin “Patriot” raketlərindən aktiv istifadə etməsi səbəbindən Ukraynanın hava hücumundan müdafiə sisteminin zəifləyəcəyini yazmışdı. Nəşrin məlumatına görə, ABŞ və müttəfiqləri İrana qarşı hərbi əməliyyatının başlanğıcından bəri mindən çox “Patriot" raketindən istifadə ediblər.