AZ

7 nəfər zibillərin altında qalıb öldü

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İndoneziyanın Bekasi şəhərində yerləşən nəhəng zibil poliqonunda faciə yaşanıb. Güclü yağışlar nəticəsində yaranan tullantı uçqunu 7 nəfərin həyatına son qoyub.Demokrat.az xəbər verir ki, ölənlər arasında iki sürücü, üç işçi və yaxınlıqdakı mağazalarda çalışan iki nəfər var. Hadisə zamanı ərazidə olan digər 6 nəfər isə xilas ola bilib. Fəlakətlərlə Mübarizə Agentliyinin rəsmisi Əbdül Muhari yağışların davam edəcəyini bildirib. O, poliqon ərazisində ehtiyatlı olmağı tapşırıb.Həmçinin oxu:

​​​​​​​Zibilə atılan bu meyvə qabığı qırmızı ətdən daha faydalıdır

Ağaclar çiçək açana qədər evə mütləq vazelin alın — Səbəb

Kilosunu 30 manata alırıq: Xəstəlik yaradırmış — İllər sonra açıqlandıCakarta yaxınlığındakı Bantaragebang poliqonu ölkənin ən böyük zibil sahəsidir. 110 hektarlıq əraziyə hər gün paytaxtdan 8 min tondan çox tullantı daşınır. Poliqon həddindən artıq dolduğu üçün burada tez-tez uçqunlar baş verir. Rəsmilər bu vəziyyəti tullantıların idarə olunması sistemindəki uğursuzluqla əlaqələndirirlər.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
demokrat.az

1Mənbələr