AZ

“Qarabağ” braziliyalı müdafiəçi ilə maraqlanır

“Qarabağ” heyətini yeni əcnəbi oyunçu ilə gücləndirmək niyyətindədir.

Msport.az xəbər verir ki, Ağdam klubu Braziliyanın “Sport Resifi” komandasının mərkəz müdafiəçisi Marselo Ajula ilə maraqlanır.

Azərbaycan çempionu artıq 23 yaşlı futbolçunun transferini təşkil etmək üçün Braziliya B Seriyası klubu ilə danışıqlara başlayıb. Mənbənin məlumatına görə, “Qarabağ” rəsmi təklif göndərib, lakin Braziliya klubu ilkin təklifi qəbul etməyib.

Marselo Ajulanın “Sport Resifi” ilə müqaviləsi 31 dekabr 2027-ci ilə qədərdir.

Seçilən
22
2
msport.az

3Mənbələr