BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi Rebeka Qrinspan XIII Qlobal Bakı Forumunda Azərbaycan Prezidenti İlham Əliyevin sülh səylərini yüksək qiymətləndirib.
Bakıvaxtı.az-ın məlumatına görə, forumun açılış mərasimində çıxış edən BMT rəsmisi qeyd edib ki, hazırda sülhün (Azərbaycanla Ermənistan arasında - red.) indi yeddinci ayıdır və bu istiqamətdə davamlı addımlar atılır.
R.Qrinspan beynəlxalq ictimaiyyət qarşısında Azərbaycanın mövqeyini qeyd etməli olduqlarına da diqqət çəkib.
O, həmçinin əlavə edib ki, forum da parçalanmanın qarşısının alınmasına yönəlib:
"1945-ci ildən bəri dünyada münaqişələrin sayı artıb. Hazırda Hörmüz boğazı münaqişə səbəbindən bağlanıb. Buna görə aclıqdan əziyyət çəkən ailələr var. Keniya, Mozambik kimi dövlətlərdə belə insanların sayı daha çoxdur. BMT-nin səlahiyyəti də məhz növbəti nəsilləri müharibədən qorumaqdır. BMT sülhə və beynəlxalq təhlükəsizliyə xidmət edən təşkilatdır. Bunun üçün səmərəli tədbirlər görmək məqsədimizdir. Mən də bunun üçün çalışacağam".