AZ

Xamenei yaralanıb - Rəsmən TƏSDİQLƏNDİ

“İranın yeni Ali Lideri Müctəba Xamenei yaralanıb, lakin özünü yaxşı hiss edir”.

Redaktor.az xəbər verir ki, bunu İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində İran XİN-in rəsmi nümayəndəsi İsmayıll Bəqai deyib. 

“O yaralanıb, lakin özünü yaxşı hiss edir. Onun ilk çıxışını nə vaxt edəcəyini bilmirəm. Yeni Ali Lider postuna 3-4 namizəd var idi, lakin Ekspertlər Şurasında əksəriyyət onu seçdi”, - Bəqai qeyd edib.

Xatırladaq ki, 56 yaşlı M.Xamenei atası Seyid Əli Xameneinin fevralın sonu öldürülməsindən sonra İranın yeni Ali Lideri seçilib. Xarici mediada onun İrana aviazərbələr zamanı yaralanması barədə xəbərlər yayılmışdı.

Seçilən
46
4
redaktor.az

5Mənbələr