“Real”ın qapıçısı Tibo Kurtua Çempionlar Liqasında tarix yazıb.
Msport.az xəbər verir ki, o, Avropanın ən nüfuzlu qitə yarışında üç məhsuldar ötürmə edən ilk qapıçı olub.
Belçikalı futbolçu Çempionlar Liqasının 1/8 finalının ilk oyununda Federiko Valverdenin qollarından birinin ötürməsini edib. Beləliklə, Kurtua Oliver Kan və Xose Molinanı geridə qoyub.
Tibo Kurtua 2018-ci ildən Madrid klubunda oynayır. Belçikalı “Real”da keçirdiyi 8 il ərzində iki dəfə Çempionlar Liqasını qazanıb. Onunla hazırki müqavilənin müddəti 2027-ci ilə qədərdir.