AZ

Xameneyinin yaralanması rəsmən TƏSDİQLƏNDİ

“İranın yeni Ali Lideri Müctəba Xameneyi yaralanıb, lakin özünü yaxşı hiss edir”.

"Cebheinfo.az" xəbər verir ki, bunu İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində İran XİN-in rəsmi nümayəndəsi İsmail Baqai deyib: 

“O yaralanıb, lakin özünü yaxşı hiss edir. Onun ilk çıxışını nə vaxt edəcəyini bilmirəm. Yeni Ali Lider postuna 3-4 namizəd var idi, lakin Ekspertlər Şurasında əksəriyyət onu seçdi”.

Xatırladaq ki, 56 yaşlı M.Xameneyi atası seyid Əli Xameneinin fevralın sonu öldürülməsindən sonra İranın yeni Ali Lideri seçilib. Xarici mediada onun İrana aviazərbələr zamanı yaralanması barədə xəbərlər yayılmışdı.

Mətbuatda onun ağır yaralandığı, hətta ailəsi və atasının ölümündən xəbərsiz olduğu, süni tənəffüs aparatına qoşulduğuna dair məlumatlar yayılıb. 

"Cebheinfo.az"

Seçilən
33
4
cebheinfo.az

5Mənbələr