AZ

Xərçəng terapiyası Altsheymer xəstəliyinə qarşı ümid yaradır tədqiqat

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 12 mart, AZƏRTAC

İsrail və ABŞ alimləri xərçəngin müalicəsində istifadə olunan immun terapiyanın Altsheymer xəstəliyinə qarşı da təsir göstərə biləcəyini müəyyən ediblər.

AZƏRTAC İsrailin TPS-IL informasiya agentliyinə istinadla xəbər verir ki, Veysman İnstitutu və Sent-Luis Vaşinqton Universitetinin tədqiqatçıları xərçəngin müalicəsində tətbiq olunan CAR-T üsulunu Altsheymer xəstəliyinin müalicəsi üçün uyğunlaşdırıblar. Bu metodla xəstənin immun hüceyrələri genetik olaraq dəyişdirilərək zərərli hüceyrələri və ya zülalları tanıyıb məhv etməsi üçün yenidən proqramlaşdırılır.

Tədqiqat zamanı alimlər laboratoriya siçanlarının immun hüceyrələrini amiloid-beta zülalını tanıyacaq şəkildə dəyişdirərək Altsheymer xəstəliyinə xas beyin çöküntüləri olan heyvanlara yeridiblər. Nəticədə beyində xəstəliyin əsas göstəricilərindən sayılan amiloid lövhələrinin əhəmiyyətli dərəcədə azaldığı və iltihabın zəiflədiyi müşahidə olunub.

Alimlərin fikrincə, bu yanaşma gələcəkdə Altsheymerlə yanaşı, Parkinson və digər bu kimi digər neyrodegenerativ xəstəliklərin müalicəsi üçün də yeni imkanlar yarada bilər.

Araşdırmanın nəticələri “Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
76
azertag.az

1Mənbələr