AZ

Rəqəmsal texnologiyalarla bağlı anlayışların yenilənməsi təklif olunur

Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin otuzuncu fəslində nəzərdə tutulan bəzi anlayışların müasir informasiya texnologiyalarının inkişaf səviyyəsinə uyğunlaşdırılması təklif edilir.

Gununsesi.info-nun xəbərinə görə, təklifə əsasən, hazırda həmin fəsildə istifadə olunan “kompüter sistemi” və “kompüter məlumatları” terminlərinin müasir rəqəmsal mühitin tələblərini tam əhatə etmədiyi nəzərə alınaraq onların yenilənməsi və genişləndirilməsi nəzərdə tutulur.

Bu məqsədlə otuzuncu fəslin “elektron informasiya sistemləri”, “elektron informasiya platformaları”, “süni intellekt texnologiyaları” və digər müasir rəqəmsal anlayışları əhatə edəcək şəkildə təkmilləşdirilməsi təklif olunur.

Gözlənilən dəyişikliklər informasiya texnologiyalarının sürətli inkişafı fonunda yeni yaranan rəqəmsal münasibətləri və potensial hüquq pozuntularını daha dəqiq hüquqi tənzimləmə çərçivəsinə salmağı hədəfləyir. Bu yanaşma həm də kiberməkanda törədilən hüquqpozmalarla mübarizənin hüquqi əsaslarının müasir tələblərə uyğunlaşdırılmasına xidmət edə bilər.

Qeyd edək ki, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ötən ilki fəaliyyətinə dair məruzəsini parlamentə təqdim edib.

Sözügedən məruzədə aidiyyəti qurumlara təklif və tövsiyələr əks olunub.

Orxan

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
32
icma.az

1Mənbələr