AZ

Cinayət prosesində dindirmə qaydası dəyişə bilər

ain.az, Gununsesi portalına istinadən məlumat verir.

Bərabərlik hüququnun təmin edilməsi və ayrı-seçkilik hallarının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi təklif olunur.

Gununsesi.info–nun xəbərinə görə, təklifə əsasən, Məcəllənin 233.2-ci maddəsində nəzərdə tutulan qayda – yəni təqsirləndirilən şəxsin təxirəsalınmaz hallar istisna olmaqla yalnız gündüz vaxtı dindirilməsi ilə bağlı müddəa – cinayət prosesinin digər iştirakçılarına da şamil edilə bilər.

Hazırda qüvvədə olan normaya görə, təqsirləndirilən şəxsin dindirilməsi əsasən gündüz saatlarında aparılmalıdır. Yeni yanaşma isə eyni prinsiplərin prosesdə iştirak edən digər şəxslərə də tətbiq olunmasını nəzərdə tutur. Bu dəyişiklik dindirmə zamanı hüquqların daha bərabər qorunmasına və mümkün ayrı-seçkilik hallarının qarşısının alınmasına xidmət etməyi hədəfləyir.

Təklif edilən dəyişiklik qəbul ediləcəyi təqdirdə, dindirmə prosedurları zamanı cinayət prosesinin müxtəlif iştirakçıları üçün eyni hüquqi təminatlar yaradılacaq və prosesin humanistliyi daha da gücləndiriləcək.

Qeyd edək ki, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ötən ilki fəaliyyətinə dair məruzəsini parlamentə təqdim edib.

Sözügedən məruzədə aidiyyəti qurumlara təklif və tövsiyələr əks olunub.

Orxan

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
74
icma.az

1Mənbələr