AZ

“Krokus” terrorunda yaralanan jurnalist İNTİHAR ETDİ

“Krokus” terrorunda yaralanan jurnalist intihar edib

İnterpress.az xəbər verir ki, bu barədə “Mash” Teleqram kanalı məlumat yayıb.

“Krokus Siti Holl”da (Crocus City Hall) baş vermiş terror aktı zamanı xəsarət alan jurnalist Dmitri Sarayev canına qəsd edib. Bildirilir ki, jurnalist onurğasından çıxarılan güllədən sonra yaranan daimi kəskin ağrılardan, yuxu pozğunluğundan və ağır psixoloji sarsıntılardan əziyyət çəkirmiş.

Dmitri Sarayev 22 mart 2024-cü ildə “Piknik” qrupunun konsertinə getmişdi. Hadisə başlamazdan bir qədər əvvəl o, dostuna binanın vestibülündəki böyük növbənin fotosunu göndərmişdi. Jurnalist sonradan insanların avtomat atəşi altında necə qaçdıqlarını və canlarını qurtarmağa çalışdıqlarını dəfələrlə xatırlamışdı.

Hazırda digər zərərçəkmişlərin ailələri Sarayev üçün dəfn mərasimi təşkil edib və onun yaxınlarına dəstək üçün vəsait toplayırlar.

Qeyd edək ki, bu gün “Krokus” terroru ilə bağlı məhkəmə prosesi keçirilir. Dövlət ittihamçısı 19 müttəhimdən 15-i üçün ömürlük həbs cəzası tələb edir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
13
interpress.az

1Mənbələr