AZ

Vinisius Ronaldonun rekordunu təkrarladı

“Real”ın futbolçusu Vinisius Junior UEFA Çempionlar Liqasında diqqətçəkən göstəriciyə imza atıb.

İdmanxeber.az-ın məlumatına görə, braziliyalı vinger 1/8 final mərhələsində “Mançester Siti” ilə keçirilən və 3:0 hesabı ilə başa çatan oyunda Federiko Valverdenin qollarından birinin ötürməsini edib.

Beləliklə, Vinisius Çempionlar Liqasında məhsuldar ötürmələrinin sayını 31-ə çatdıraraq Kriştianu Ronaldonun “Real”dakı rekordunu təkrarlayıb.

Qeyd edək ki, Vinisius 2018-ci ildən Madrid klubunda çıxış edir.

Seçilən
23
idmanxeber.az

1Mənbələr