AZ

Yaponiyada xəstəxanada kimyaterapiya səhvi: bir xəstə ölüb, ikisi ağır vəziyyətdədir

Bakı, 12 mart, AZƏRTAC

Yaponiyanın Saytama Prefektura Uşaq Tibb Mərkəzində kimyaterapiya iynələrinin yanlış tətbiqi nəticəsində bir xəstə ölüb, iki xəstənin vəziyyəti isə kritik olaraq qalır.

AZƏRTAC Yaponiyanın Kyodo informasiya agentliyinə istinadla xəbər verir ki, dərman uşaqlara vurulub və ciddi risk yaradıb.

Xəstəxana hadisəni potensial cinayət kimi qiymətləndirir və dərmanın bağlı otaqda saxlandığını qeyd edib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Seçilən
56
1
azertag.az

2Mənbələr