Bakı. Trend:
Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevBosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç iləgörüşüb.
Trend xəbər verir ki, söhbətzamanı Prezident İlham Əliyevin Jelka Tsviyanoviçlə görüşləriməmnunluqla xatırlandı, ölkələrimiz arasında münasibətləringenişlənməsi qeyd edildi, müxtəlif sahələrdə əməkdaşlığınperspektivləri müzakirə olundu.
Jelka Tsviyanoviç ənənəvi olaraq keçirilən Qlobal Bakı Forumundabir neçə dəfə iştirak etdiyini bildirdi.
Görüşdə XIII Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunuldu, butədbirin yüksək səviyyədə təşkil olunduğu qeyd edildi. Forumdahəmişə olduğu kimi bu dəfə də, xüsusilə dünyada hazırkı vəziyyətfonunda çox aktual qlobal məsələlərin müzakirə edildiyivurğulandı.