AZ

Saçlarını həftələrlə yumayan məşhurlar gündəm oldu SİYAHI

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Türkiyəli aktrisa və influenseryor Elvin Levinler saç baxımı ilə bağlı açıqlaması ilə gündəmə gəlib.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, Levinler parlaq və sağlam saçlara sahib olmaq üçün şampundan uzaq durmaq lazım olduğunu bildirib.

O, həmçinin saçlarını həftədə cəmi bir dəfə yuduğunu deyib:

“Parlaq saçlara sahib olmaq üçün şampundan uzaq durmaq lazımdır. Mən saçlarımı həftədə bir dəfə yuyuram. Bəzi insanlar gün ərzində iki dəfə duş qəbul etdiyi halda, digərləri saç və dəriyə zərər verdiyini düşünərək daha az çimməyə üstünlük verir”. 

Aktrisanın bu sözləri saçlarını daha az yuduqlarını etiraf edən digər məşhur qadınları da yenidən gündəmə gətirib.

Nurgül Yeşilçay isə bildirib ki, bəzən saçlarını həftədə yalnız bir dəfə yuyur.

Amerikalı televiziya ulduzu Kim Kardaşyan isə saçlarını beş gündən bir yuduğunu və yağlı görünən saçlarını isə yığaraq kamuflyaj etdiyini açıqlayıb.

Amerikalı rep ulduzu Cardi B “Saçımı üç aydır yumamışam” sözləri ilə dünya gündəminə düşmüşdü.

Müğənni Ciara isə “Grammy” qırmızı xalısında saçlarını iki həftədə bir dəfə yuduğunu açıqlayıb.

Saçlarının bəzən xoşagəlməz qoxu verdiyini etiraf edən müğənni və bəstəkar Lorde isə buna baxmayaraq saçlarını iki həftədə bir dəfə yuduğunu və saçları ilə çətinliklə başa çıxdığını bildirib.

Əfsanə Rəcəb

“Cebheinfo.az

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
67
1
cebheinfo.az

2Mənbələr