SEPAH-ın yüksək rütbəli komandirlərindən biri olan İsmayıl Dehqan öldürülüb.
"Unikal" xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.
SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı Ərak şəhərində yaşadığı evin vurulması nəticəsində 4 ailə üzvü ilə birlikdə həlak olub.
Belə ki, onun həyat yoldaşı Fəridə Sadat Seydi, övladları Fatimə Dehqan, Məhəmməd Parsa Dehqan və generalın qayınanası Suğri Qasimi hücumda öldürülüblər. Övladlarından biri Məhəmməd Hüseyn Dehqan isə yaralanıb.
Ağarza Elçinoğlu