AZ

İran ABŞ nin texnologiya nəhənglərini təhdid edir

ain.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İran ABŞ-nin texnologiya nəhəngləri olan "Amazon", "Google", "Microsoft" və "Nvidia"nın İsrail və Körfəz ofislərini təhdid edir.

BAKU.WS xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.

Bu texnologiya şirkətlərinin ofisləri İran üçün potensial hədəflər siyahısında dərc edilib.

"Regional müharibənin infrastruktur müharibəsinə çevrilməsi ilə İranın potensial hədəflərinin əhatə dairəsi tədricən genişlənir" -deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb.

Tehran da daxil olmaqla, İranın böyük şəhərləri zərbələrə məruz qalıb. SEPAH İsraildəki obyektləri hədəf alaraq cavab əməliyyatı elan etdi.

Bəhreyn, İordaniya, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-dəki ABŞ hərbi bazalarına zərbələr endirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
63
1
baku.ws

2Mənbələr