İrkutskda aviazavodda pandus çökməsi nəticəsində yeddi işçi xəsarət alıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Rusiyanın İrkutsk şəhərində yerləşən aviasiya zavodunda təyyarə mühərrikinin sınaqları zamanı bədbəxt hadisə baş verib. Müəssisədə estakadanın uçması nəticəsində zavodun 7 əməkdaşı xəsarət alıb.
Yaralılardan 4-ü xəstəxanaya yerləşdirilib. Onlardan 2-nin vəziyyəti ağır, digər 2-nin isə orta-ağır kimi qiymətləndirilir.
Daha 3 nəfərə isə hadisə yerində ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Xuraman Etibarlı
İnterpress.az