AZ

Seyid Əli Xamenei bu zaman dəfn olunacaq

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai İtaliyanın "Corriere della Sera" qəzetinə verdiyi müsahibədə yeni ali dini lider Müctəba Xameneinin yaralandığını, lakin özünü yaxşı hiss etdiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, Müctəba Xameneinin nə zaman və harada yaralandığı haqda isə nazirlik rəsmisi heç bir fikir bildirməyib.

Ehtimallara görə, Müctəba Xamenei fevralın 28-də atası Seyid Əli Xamenei ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatının ilk günündə öz iqamətgahında öldürüldüyü gün yaralanıb. Onun ailə üzvlərinin olduğu yerə raket zərbəsi endirilmişdi. Nəticədə həyat yoldaşı və azyaşlı övladının həlak olduğu barədə rəsmi xəbər yayılıb. Böyük ehtimalla Müctəba Xamenei də bu zaman yaralanıb. Onun iki həftə ərzində bir dəfə də olsun görünməməsi və hər hansı bir bəyanatının yayılmaması isə ağır yaralandığını iddia etməyə əsas verir.

Ekspertlər hesab edir ki, mərhum ali dini lider Seyid Əli Xameneinin bu günə qədər dəfn edilməməsinə də Müctəba Xameneinin yaralanması faktı əsas rol oynayır. Müctəba Xameneinin həm bir oğul, həm də yeni ali dini lider kimi atasının dəfnində şəxsən iştirak etməsi zərurətinin meydana gəldiyi tamamilə təbiidir.

Müctəba Xameneinin dəfndə iştirak etməyə imkan verəcək qədər yaxşılaşan kimi mərhum ali lider dəfn olunacaq.

Etibar Seyidağa,
Musavat.com

Seçilən
74
musavat.com

1Mənbələr