AZ

Yeni Prezident vəzifəsinin icrasına başlayıb

ain.az, Cebheinfo saytına istinadən bildirir.

Cənubi Amerika ölkəsi Çilidə 14 dekabr 2025-ci ildə keçirilən prezident seçkilərinin ikinci turunda qalib gələn 60 yaşlı ifrat sağçı Xose Antonio Kast Milli Konqresdə and içərək vəzifəsinin icrasına başlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Kast Valparaiso şəhərindəki Milli Konqres binasının Şərəf Zalında təşkil edilən mərasimdə prezidentlik lentinin ona təqdim olunmasından sonra yeni fəaliyyət dövrünə rəsmən qədəm qoyub.

Səlahiyyət müddəti başa çatan Qabriel Boriç də mərasimdə iştirak edərək prezidentlik rəmzi olan "Piocha de O'Higgins" nişanını xələfinə təhvil verib.

Andiçmə mərasimindən sonra Kast Çili ənənəsinə uyğun olaraq Vinya del Mardakı Serro Kastilyo Prezident Sarayında xarici nümayəndə heyətləri ilə nahar yeməyində görüşüb.Kastın axşam saatlarında paytaxt Santyaqoya gedərək La Moneda Sarayının eyvanından xalqa müraciət edəcəyi gözlənilir.

Kastın andiçmə mərasiminə İspaniya Kralı VI Felips, Argentina Prezidenti Xavyer Miley, Boliviya Prezidenti Rodriqo Pas, Panama Prezidenti Xose Raul Mulino, Honduras Prezidenti Nasri Asfura, Kosta-Rika Prezidenti Rodriqo Çaves, Paraqvay Prezidenti Santyaqo Penya, Uruqvay Prezidenti Yamandu Orsi və bir çox ölkənin diplomatik nümayəndələri qatılıb.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
39
1
cebheinfo.az

2Mənbələr