AZ

İran rəsmisindən təhdid: Daha çox diqqətinizi saatlı bombaya yönəldin: neft qiymətlərinə VİDEO

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

"Biz düşmənə etibar etmirik və qələbə əldə olunana qədər dayanmayacağıq".

Oxu.Az xəbər verir ki, bunu İranın "Xatəm əl-Ənbiya" Mərkəzi Komandanlıq Qərargahının mətbuat katibi, İbrahim Zülfüqari bildirib.

"Düşmənlərimiz üçün pis xəbər budur ki, İranın zərbələri davam edəcək. Dəniz minaları haqqında söhbətlər isə sadəcə, fərziyyələrdir. Daha çox diqqətinizi saatlı bombaya yönəldin: neft qiymətlərinə", - deyə sözçü açıqlamasında qeyd edib.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
51
oxu.az

1Mənbələr