AZ

İtaliyanın da bazası vuruldu

İtaliyanın müdafiə naziri Quido Krozetto, İraqın Ərbil şəhərindəki bir İtaliya bazasına zərbə endirildiyini, lakin heç bir hərbçinin xəsarət almadığını bildirib.

Publika.az xəbər verir ki, onun sözlərini ANSA sitat gətirib: "Ərbildəki bazamıza raket dəyib. İtaliyalı personal arasında itki və ya xəsarət alan olmayıb. Hamı təhlükəsizdir".

Xarici İşlər Naziri Antonio Tayani izah edib ki, Ərbildəki İtaliya bazası digər ölkələrin bazalarını da əhatə edən kompleksin bir hissəsidir.

"Bunun italyanlara, yoxsa bütün strukturlara yönəldiyini bilmirik", - deyə o vurğulayıb.

Seçilən
65
publika.az

1Mənbələr