AZ

Türkiyə də neft ehtiyatlarının bir hissəsini satışa çıxarır

Beynəlxlaq Enerji Agentliyinin (BEA və ya International Energy Agency - IEA) üzv ölkələrinin qəbul etdiyi tarixi qərara uyğun olaraq, Türkiyə strateji neft ehtiyatlarından 11,6 milyon barel neft istifadəsi həyata keçirəcək.

 Marja xəbər verir ki, bunu Türkiyənin Energetika və təbii ehtiyatlar naziri Alparslan Bayraktar bildirib.

Bayraktar IEA-nın indiyədək ən böyük neft ehtiyatını sərbəst buraxmaq qərarını dəstəkləmək məqsədilə, Türkiyənin də ehtiyatından 11,6 milyon barel nefti sərbəst buraxacağını deyib.

Bayraktar bildirib ki, sözügedən neft 90 gün ərzində bazara çıxarılacaq. IEA isə bu həftə, Orta Şərqdəki müharibənin neft qiymətlərini 100 dolların üzərinə qaldırması fonunda, 400 milyon barel olmaqla indiyədək ən yüksək ehtiyatı sərbəst buraxacağını açıqlamışdır.

Türkiyənin Rusiyadan neft alışını artırmaq üçün ABŞ-dan möhlət tələb edib-etməyəcəyi sualına Bayraktar belə cavab verib:

"Ciddi bir problemimiz yoxdur. Əgər olarsa bir şeylər edərik, olarsa baxarıq."

Bayraktar həmçinin bildirib ki, hava temperaturunun yüksəlməsi ilə İrandan da daxil olmaqla təbii qaz idxalına ehtiyac azalan dövrə daxil olunub və əlavə edib:

"Bu günədək təbii qazda hər hansı bir problem görünmür. Artıq vətəndaşlarımız da bunu hiss etmir."

İş elanları AzVak.az-da

Seçilən
36
marja.az

1Mənbələr