AZ

İnfluenser və bloqerlərlə bağlı yeni tənzimləmələr tətbiq olunub

Azərbaycanda influenserlərin və bloqerlərin istifadə etmədiyi məhsulları reklam etməsi qadağan edilib.

Bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı Bakıda keçirilən "Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri" mövzusunda forumda bildirib.

Onun sözlərinə görə, ötən il "Reklam haqqında" Qanuna edilən dəyişikliklər nəticəsində rəqəmsal platformalarda fəaliyyət göstərən influenser və bloqerlərlə bağlı yeni tənzimləmələr tətbiq olunub.

"Dəyişikliklərə əsasən influenserlərin özlərinin istifadə etmədiyi məhsulları istifadə edirmiş kimi təqdim edərək reklam etməsi qadağan olunub. Qanuna edilən dəyişikliklər həmçinin qanunsuz qumar oyunlarının və qeydiyyatdan keçməmiş stimullaşdırıcı lotereyaların reklamının yayılmasının qarşısını almağa yönəlib. Bu tənzimləmələr istehlakçıların aldadılmasının qarşısını almaq və reklam bazarında şəffaflığı artırmaq məqsədi daşıyır".

İş elanları AzVak.az-da

© "Report"

Azərbaycan influenser reklam tənzimləmələri bloqerlərin istifadə etmədiyi məhsulları reklam qadağası Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Yusif Tapdıqlı elektron ticarət və rəqəmsal xidmətlər forumu “Reklam haqqında” Qanuna dəyişikliklər rəqəmsal platformalarda tənzimləmələr qanunsuz qumar və qeydiyyatsız stimullaşdırıcı lotereyaların reklamının qadağanı istehlakçıların aldatılmasının qarşısını almaq reklam bazarında şəffaflığın artırılması Azərbaycan rəqəmsal reklam qaydaları.
Seçilən
100
14
marja.az

10Mənbələr