ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
"Nüvə silahına nəzarətin zəifləməsi dünya üçün böyük təhlükə törədə bilər".
Oxu.Az xəbər verir ki, bunu Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos-Horta XIII Qlobal Bakı Forumundakı çıxışında deyib.
O bildirib ki, Şimali Koreya nüvə silahını inkişaf etdirir və bəzi dövlətlər bunu dəstəkləyir:
"Beynəlxalq razılıqlara əməl edilsə, dünyada sabitlik olar. Beynəlxalq hüquqdan sui-istifadə olunur. Biz kiçik dövlətik və yalnız qaydalar, beynəlxalq hüquq hesabına var ola bilərik. Dünya bunsuz yaşaya bilməz".
Prezident İrana tövsiyə də verib:
"İran bir neçə ölkəyə hücum edib. Burada baş verən məsələlər bütün dünyaya təsir edəcək. Onlar sakit addımlar atmalıdırlar".
Məlik Məlikov
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.