AZ

​“Fənərbaxça” kritik matça çıxır:

Türkiyənin “Fənərbaxça” klubu sabah ölkə çempionatında növbəti oyuna çıxacaq.
Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisi rəqib meydanda “Fatih Karagümrükspor”la qarşı-qarşıya gələcək. Çempionluq yarışında lider “Qalatasaray”dan 4 xal geridə qalan Domeniko Tedeskonun yetirmələri bu vacib oyuna ciddi itkilərlə çıxacaqlar. “Fənərbaxça”da Edson Alvares, Milan Skriniar, Anderson Taliska, Çağlar Söyüncü və Nelson Semedo zədəli olduğu üçün komanda yoldaşlarına kömək edə bilməyəcək. Ederson isə kart cəzalısıdır.

Qeyd edək ki, hazırda 57 xalı olan “Fənərbaxça” turnir cədvəlində ikinci sırada qərarlaşıb.

Seçilən
46
3
metbuat.az

4Mənbələr