AZ

Zəngəzur dəhlizi Naxçıvanla quru əlaqəni bərpa edəcək - AÇIQLAMA

Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunda çıxışında Ermənistanla sülhdən sonra Orta Dəhlizin genişləndirilməsi və Naxçıvanla birbaşa əlaqənin yaradılması üzərində iş aparıldığını bildirib.

QHT.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov məlumat verib. Onun sözlərinə görə, bu prosesdə mühüm layihələrdən biri olan Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru nəqliyyat əlaqəsinin bərpasına imkan verəcək:

"Təxminən 15 milyon ton ötürmə potensialına malik olacaq dəhliz Orta Dəhlizin vacib seqmentinə çevrilərək regionun iqtisadi inkişafına və ticarət əlaqələrinin genişlənməsinə töhfə verəcək. Gözlənilir ki, bu marşrut vasitəsilə Azərbaycan gələcəkdə ildə təxminən 3 milyard dollar tranzit gəliri əldə edə bilər".

 

Pərvanə Fərhadqızı

Seçilən
56
qht.az

1Mənbələr