AZ

Qusenbauer: Avropa üçün dayanıqlı sülh beynəlxalq hüquqa və sərhədlərin toxunulmazlığına əsaslanmalıdır

 

Avropanın təhlükəsizlik və sülh yanaşması əsasən hüquq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə söykənir. Bunu 
Avstriyanın sabiq kansleri Alfred Qusenbauer bildirib.

 
Onun sözlərinə görə, xüsusilə İkinci Dünya müharibəsindən sonra formalaşmış beynəlxalq nizamın bütövlüyü Avropa təhlükəsizlik sisteminin əsas sütunlarından biridir.

Qusenbauer qeyd edib ki, sülh yalnız legitimlik və sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslandıqda davamlı ola bilər. 

“Bu prinsiplər hər dəfə pozulduqda, nəticədə qeyri-sabitlik yaranıb”, — o bildirib.

Sabiq kanslerin fikrincə, Avropa üçün dayanıqlı nizamlanma yalnız hərbi əməliyyatların dayandırılması ilə məhdudlaşmır. O vurğulayıb ki, uzunmüddətli sülh beynəlxalq hüquqa və dövlətlərin öz müqəddəratını təyinetmə hüququna hörmət edən siyasi həll tələb edir.

Gülnar Nazimqızı

Seçilən
17
anews.az

1Mənbələr