AZ

“Bu, mümkün ola bilən sahədir”

“Bu,

Milli Məclisin Aqrar siyasət komitəsinin “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda keçirdiyi ictimai dinləmədə deputat Vüqar İskəndərov kənd təsərrüfatında aqrar dron və robot texnologiyasının tətbiqi haqqında məlumat verərək “Ağıllı Fermer” milli süni intellekt platformasının yaradılmasından danışıb.

Məsələyə münasibət bildirən İT mütəxəssisi Fərhad Mirəliyev xalqcebhesi.az-a açıqlamasında Azərbaycanda kənd təsərrüfatında aqrar dron və robot texnologiyalarının tətbiqinin mümkün olduğunu qeyd edib: “Düşünürəm ki, bunun üzərinə gedilsə, resurslar ayrılsa bu, mümkün ola bilən bir sahədir. Burada həm əmək, maliyyə resurslardan, həm inzibati və digər resurslardan söhbət gedir. Bu məsələ dövlət səviyyəsində kurasiya olunsa məncə çox yaxşı nəticələr əldə etmək olar. Burada mən fermerlərə məlumatın verilməsini bu işlərin ən primitiv yanaşması kimi qəbul edirəm. Çünki süni intellektin tətbiq olunması ilə yaradıla biləcək istiqamətlər, yəni burada müvafiq avadanlıqlar, hansı ki, süni intellekt əsaslı həllərlə işləyir, məsələn, dronlar, robotlar bunlar müxtəlif təsərrüfat sahələrində fermerlərin, bağbanların köməkçisinə çevrilə bilər. Məsələn, hansısa bir zərərvericilər, həşəratlar və yaxud xəstəliklərin aşkarlanması üçün əvvəllər bağbanlar hektarlarla sahəyə baxış keçirirdisə, buna müəyyən günlər sərf olunurdusa, indi dronlar vasitəsilə səmadan baxış keçirilərək oradan müəyyən bir istiqamətlərdə mövcud problemləri aşkarlamaq olar. Yaxud da ki, daha yaxşı inkişaf üçün müxtəlif tədbirlər planı hazırlamaq olar. Sahədə zərərvericilər və ya xəstəliklər varsa onu yüksəkdən görmək olar. Sahə qurudursa, onun suvarmaya ehtiyacı varsa bunu da müəyyən etmək olar. Yəni artıq burada insan əməyi avtomatlaşdırılmış olur”.

F.Mirəliyevin sözlərinə görə, təsərrüfatlardakı ağaclarda müxtəlif xəstəlikləri aşkar etmək üçün dronlar və ya robot texnologiyası vasitəsilə yarpaqları, gövdəni, budağı analiz edərək konkret deyə bilərik ki, bu xəstəlik var və bu dərmanlar ayrılmalıdır: “Hansısa bir robotlar özləri o dərmanları təmin edə bilər və ya həmin bağ sahəsində və xəstəliklərlə, zərərvericilərlə mübarizə apara bilər. Eləcə də suvarma sistemini təşkil edə bilər. Yəni bu, bu gün üçün dünyada tətbiq olunan aktual sahələrdəndir”.

Röya İsrafilova

Seçilən
13
1
xalqcebhesi.az

2Mənbələr